"Hərb" medalı | |
---|---|
Harp Madalyası | |
|
|
Ölkə | |
Tip | medal |
Kimə verilir | |
Birinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş Osmanlı, Avstriya və Almaniya hərbi xadimlərinə |
|
Status | təqdim olunur |
Statistika | |
Təsis tarixi | 1 mart 1915 |
Ardıcıllıq | |
Yüksək mükafat | Ləyaqət medalı |
Aşağı mükafat | Tuğ |
![]() |
Hərb medalı — Osmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox Birinci Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinə və Osmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir.[1]
Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir.
Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.
Avstriyalı və alman hərbçilər üçün bu medal öz II dərəcəli "Dəmir Xaç" medallarından aşağı dərəcəli hesab edilirdi. Buna görə də "Hərb" medalı II dərəcəli "Dəmir Xaç" medalının altına taxılırdı.[2]